RU

ABŞ hərbi kontingenti Dəməşqə yerləşəcək – “Reuters”

ABŞ hakimiyyəti Dəməşqdəki aviabazaya hərbi kontingent yerləşdirməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” altı mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, ABŞ Suriya və İsrail arasında danışıqlarda vasitəçilik edir və onların arasında razılaşmaya əməl olunmasına nəzarət etmək üçün bazadan istifadə etmək tələb olunacaq.

Mənbənin sözlərinə görə, son iki ay ərzində Pentaqon hərbi qüvvələrin yerləşdirilməsi üçün hazırlıqları sürətləndirib və Dəməşq bazasında bir neçə kəşfiyyat missiyası həyata keçirib. Amerika hərbçiləri xüsusilə uçuş zolağının “dərhal istifadəyə” hazır olduğuna əmin olublar.

Suriyalı iki mənbə bildirib ki, danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, aviabazadan “logistika, müşahidə, yanacaq doldurma və humanitar əməliyyatlar” üçün istifadə olunacaq.

Suriya isə obyekt üzərində tam suverenliyi özündə saxlayır. ABŞ qüvvələrinin bazaya yerləşdirilməsinin vaxtı məlum deyil.

“Reuters” onu da vurğulayıb ki, ABŞ hakimiyyəti ilin sonuna qədər İsraillə müqavilə imzalanması üşün Suriyaya təzyiq edir.

Amerika qoşunları artıq Suriyanın şimal-şərqində yerləşdirilib. Pentaqonun fikrincə, onların missiyası “İslam Dövləti” (İŞİD) ilə mübarizə aparmaqdır. Lakin yazda Tramp administrasiyası Suriyadakı hərbi mövcudluğunu, demək olar ki, ikiqat azaltmaq fikrindədir.

Xatirə SADİQ

Избранный
54
13
nocomment.az

10Источники