RU

8 Noyabr xalqımızın milli qürur günüdür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yevlax, 6 noyabr, AZƏRTAC

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “8 Noyabr xalqımızın milli qürur günüdür” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən söz açıb. Bildirilib ki, Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də xalqımızın mənəvi dirçəlişinin, dövlətimizin qüdrətinin və milli birliyimizin rəmzidir.

Milli Məclisin deputatı Əli Hüseynli, Vətən müharibəsinin şəhidi Ceyhun Əyyubovun anası Arzu Əyyubova, Birinci Qarabağ müharibəsinin veteranı Polad Mirzəyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı, Vətən müharibəsinin veteranı Hikmət Kazımlı, Qaraoğlan kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Leyla Həsənova çıxışlarında Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan, şücaətdən danışıblar.

Tədbirdə Zəfərimizin 5-ci ilinə həsr olunmuş film nümayiş etdirilib.

Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında Zəfər Gününə həsr edilmiş şeirlər səsləndirilib və kompozisiya təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники