RU

“Araz-Naxçıvan” “Benfika” ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, komanda 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. 1/4 final oyunları isə 23 fevral 6 mart tarixlərində baş tutacaq.

Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.

Избранный
15
14
msport.az

10Источники