RU

Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 2009-cu il təvəllüdlü Nahidənin dörd yaşı olanda atası ilə anası boşanıb və o, atasının himayəsində böyüyüb.

Nahidə 2023-cü ildə kənd sakini, 1994-cü il təvəllüdlü Mahir İsmayılovla (ad və soyad şərtidir) tanış olub. Mahir onunla bir müddət münasibət qurandan sonra Nahidə ilə ailə qurmaq qərarına gəlib və bu məqsədlə, o, Nahidənin atası ilə danışıb. 14 yaşlı qıza nişan mərasimi keçirilib və ailələr arasında qərara gəlinib ki, qızın 18 yaşı olandan sonra ailə qursunlar.

Amma 2024-cü ildə Nahidə evdə qardaşı ilə dalaşaraq Mahirin qardaşıgilə gəlib. O, Mahirə bildirib ki, evə qayıtmaq istəmir və onların birgə yaşamasına razıdır. Mahir də onunla razılaşıb və həmin vaxtdan etibarən ər-arvad kimi yaşamağa başlayıblar.

Cütlüyün Sevgi adlı qızları da dünyaya gələndən sonra faktla bağlı polisə məlumat daxil olub və cinayət işi başlanılıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Mahir İsmayılov altı ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
6
baku.ws

7Источники