RU

Ami Ayalon: Trampın Qəzza planının İsveçrə pendirindən də çox boşluğu var

BAKI, 6 noyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı münaqişənin tənzimlənməsi planı kifayət qədər işlənməyib və İsveçrə pendirindən də çox boşluğu var”.

Teleqraf xəbər verir ki, bu fikri İsrailin Daxili Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Ami Ayalon “Politico”ya bildirib.

Ayalonun sözlərinə görə, ən əsas məsələ Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli prinsipinə açıq və konkret sadiqliyin əldə olunması hələ də reallaşmayıb. Onun fikrincə, bu, danışıqlar yolu ilə davamlı sülhə nail olmağın yeganə yoludur.

“Fələstinin siyasi perspektivlərinin aydın olmaması əməkdaşlıqdan imtina ilə nəticələnəcək”, - İsrail kəşfiyyatının keçmiş rəhbəri deyib.

Ayalon əlavə edib ki, Qəzza sektoru birbaşa fələstinlilər tərəfindən idarə olunmasa, HƏMAS-ın tərksilah olunması ehtimalı sıfıra bərabər olacaq.

Избранный
41
teleqraf.com

1Источники