RU

Bu parlamentdə Rusiya və Belarus dostluq qrupları olmayacaq

Moldova parlamentinin yeni tərkibində Rusiya və Belarusla dostluq qrupları olmayacaq.

NOCOMMENT.az “NewsMaker” nəşrinə istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Doina German “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, parlamentin Xarici Siyasət Komitəsi bu qərarı Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq verib.

Germanın sözlərinə görə, dostluq qrupları parlamentin fəaliyyətində mühüm rol oynayır, ancaq söhbət dost ölkələrdən gedir: “Biz digər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də insan ləyaqətinə və azadlığına hörmət edən dövlətlərlə dostluq qrupları yaratmağın zəruriliyinə əminik”.

Parlament sədrinin müavini vurğulayıb ki, hazırda parlamentdə 54 ölkənin milli parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. “Moldova sülhsevər ölkədir və bizim çoxlu yaxşı dostlarımız var. Dostluq qrupları sayəsində biz xalqlar arasında dialoqu, əməkdaşlığı və qarşılıqlı etimadı gücləndiririk”, – o, yekunlaşdırıb.

Xatirə SADİQ

Избранный
37
nocomment.az

1Источники