RU

Holandı dayandırmaq mümkün deyil - STATİSTİKA

Norveçli ulduz hücumçu Erlinq Holand möhtəşəm performansını davam etdirir.

Fanat.Az xəbər verir ki, “Mançester Siti”nin forvardı dünən Çempionlar Liqasının liqa mərhələsində “Borussiya Dortmund”a qarşı keçirilən görüşün 29-cu dəqiqəsində fərqlənib.

Bu qol Holandın cari mövsümdəki inanılmaz statistikasını daha da möhkəmləndirib — ulduz futbolçu həm Norveç millisinin, həm də Mançester Sitinin heyətində ümumilikdə 17 matçda 27 qol vurub.

Bununla yanaşı, 24 yaşlı hücumçu Çempionlar Liqasındakı məhsuldarlığı ilə də tarix yazır — Holand indiyədək turnirdə 52 oyunda 54 qola imza atıb.

Kamil Xudiyev

Избранный
10
1
fanat.az

2Источники