RU

Moldovada Yaşayan Azərbaycanlı Gənclərin II Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininvə ölkəmizin Moldovadakı səfirliyinin dəstəyi, MoldovaAzərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə II Gənclər Forumukeçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Deputatların, dövlət rəsmilərinin, xarici ölkələrinsəfirlərinin, universitet rəhbərlərinin və soydaşlarımızın iştiraketdiyi forum Azərbaycanın və Moldovanın Dövlət himnlərisəsləndirilməsi ilə başlayıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovforumun Zəfərimizin 5 illiyinə həsr olunduğunu, Moldovada yaşayanazərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında, mədəniyyətvə idman sahəsində aktiv fəaliyyət göstərdiklərinndən bəhsedib.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Azərbaycandagənclər siyasətinin təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğunu vədövlətimizin başçısı İlham Əliyevin bu siyasəti uğurla davametdirdiyini diqqətə çatdırıb. Gələcək nəslin vətənpərvər ruhlu vəgeniş dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsinin dövlətin gənclərsiyasətinin başlıca məqsədi olduğunu qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyevçıxışında Gənclər Forumunun Zəfərimizin beşilliyi ərəfəsindəkeçirilməsini sevindirici kimi qiymətləndirib. Gənclərə diqqət vəqayğının Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətininprioritet istiqaməti olduğunu deyib. Diasporla İş üzrə DövlətKomitəsinin dünyada yaşayan gənclərimizin səmərəli fəaliyyəti üçündəstəyini davam etdirdiyini bildirib.

Daha sonra tədbirdə iştirak edən Türkiyənin Moldovadakı səfiriUyqar Mustafa Sertel, Moldova parlamentinin deputatları - İnsanHüquqları və Millətlərarası Münasibətlər Komissiyasının sədrmüavini Natalya Davidoviç, Dövlət Maliyyəsinə NəzarətKomissiyasının sədr müavini Yevgeni Sinkeviç, Moldovanın Təhsil vəTədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin azərbaycanlıgənclərin Moldova cəmiyyətinə uğurlu inteqrasiyasındandanışıblar.

Forumda Moldova Azərbaycanlı Konqresinin gənclərinin ötən beşilə dair hesabatı dinlənilib, idman və səhiyyə sahələrindətəqdimatları izlənilib.

Tədbirin sonunda forum iştirakçıları adından AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“Biz bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünüqeyd edəcəyik. Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi iləbaşa çatdı. Rəşadətli Ordumuz Sizin - Müzəffər Ali Baş Komandanınrəhbərliyi ilə dövlətçiliyimizin müasir tarixinin ən şərəflisəhifəsini yazdı. Xalqımız işğal altındakı torpaqlarını son 200illik dövrdə ilk dəfə olaraq azad etdi. Azərbaycan gənci Sizinrəhbərliyiniz altında məhz qəlbindəki güclü Vətən sevgisi sayəsindədöyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək,xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və 44 günlük Vətənmüharibəsində Zəfər salnaməsi yazdı.

Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmizə, qüdrətli Ali BaşKomandanımıza – Sizə minnətdarıq.

Moldovada yaşayan azərbaycanlı gənclər Sizi bir daha əmin edirki, apardığınız uzaqgörən, praqmatik siyasətiniz ətrafında sıxbirləşərək Azərbaycanın inkişafında öz bilik və bacarıqlarınıəsirgəməyəcək”.

Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Moldovada
Избранный
5
1
az.trend.az

4Источники