RU

Estetika dəbi: Qadınlar niyə təbii gözəllikdən uzaqlaşır?

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son illər qadınlar arasında estetik əməliyyatlara maraq xeyli artıb. Artıq bu, sadəcə tibbi zərurət deyil, sanki bir dəb halını alıb. Təəssüf ki, bəzən buna ehtiyacı olmayan, təbii gözəlliyə malik qadınlar da müxtəlif səbəblərlə bıçaq altına girməyə razılıq verirlər.

Bu tendensiyanın ən narahatedici tərəfi isə televiziya ekranlarında özünü göstərir. Bu gün efirlərə tez-tez dəvət olunan “mütəxəssislər”in əksəriyyəti məhz estetik əməliyyatlar icra edən həkimlərdir.

Onların çıxışları maarifləndirici yox, təbliğat xarakteri daşıyır. Cəmiyyətə verilən mesaj isə açıq-aydındır: “Təbii gözəllik kifayət etmir, dəyişməlisən.”

Bu cür yanaşma isə insanlarda narazılıq, özgüvən çatışmazlığı və süni “mükəmməllik” kompleksi yaradır.

Eyni zamanda qadınlar arasında həssaslığın pik nöqtəsinə aparıb çıxarır.

Halbuki hər insanın özünəməxsus bir gözəlliyi var. Tibb insanlara sağlamlıq vermək üçündür, şablon gözəllik modelləri yaratmaq üçün yox. Estetik əməliyyat bir seçim ola bilər, amma o, komplekslərin, sosial təzyiqin və ya efirdə gördüyümüz saxta idealların nəticəsi olmamalıdır.

Afət

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
icma.az

1Источники