RU

Bu rayonlarda torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti 3 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərraclarını keçirəcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hərraclarda həm torpaq sahələrinin satışı, həm də uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur.

Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir, Lənkəran, Ucar, Xaçmaz və Şəki ərazi şöbələrində təşkil olunacaq.

Ən çox torpaq sahəsi icarəyə Yevlax, Ağdaş, Kürdəmir, Qax və Xaçmaz rayonlarında çıxarılıb. Torpaqlar əsasən kənd təsərrüfatı və heyvandarlıq məqsədilə 5 ildən 20 ilə qədər müddətə icarəyə veriləcək. Satışa çıxarılan torpaqlar arasında Zərdab və Şabran rayonları xüsusi diqqət çəkir.

Müsabiqə və hərracda iştirak etmək istəyən şəxslər ətraflı məlumat üçün müvafiq bələdiyyələrə və ya Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edə bilərlər.

Müsabiqə və hərraca çıxarılmış torpaqların siyahısı

Rayon / Bələdiyyə Sahə Satış / İcarə Müddət İlkin qiymət (₼) Təyinat Qeyd
1 Yevlax, Salahlı (Varvara kəndi) 3.82 ha İcarə 5 il 458.40 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup
2 Ağdaş, Xosrov (Tofiqi kəndi) 6.44 ha İcarə 15 il 708.40 Kənd təsərrüfatı istehsalı Ehtiyat fondu, IV qrup
3 Astara, Siyaku (Siyaku kəndi) 2800 kv.m İcarə 20 il 45.00 Kənd təsərrüfatı istehsalı I qrup torpaq
4 Kürdəmir, Şilyan-Qarabucaq (Qarabucaq qəs.) 6.90 ha İcarə 15 il 759.00 Heyvandarlıq IV qrup, örüş torpağı
5 Zərdab, Zərdab şəhəri 100 kv.m Satış - 5500.00 Sahibkarlıq Yaşayış məntəqəsi torpağı, V qrup
6 Şabran, Pirəbədil (Çinarlar kəndi) 1200 kv.m Satış - 6000.00 Fərdi yaşayış evi I qrup əkin torpağı
7 Şabran, Pirəbədil (Çinarlar kəndi) 1200 kv.m Satış - 6000.00 Fərdi yaşayış evi I qrup əkin torpağı
8 Şabran, Pirəbədil (Çinarlar kəndi) 1100 kv.m Satış - 5500.00 Fərdi yaşayış evi I qrup əkin torpağı
9 Xaçmaz, Nərəcan (Şıxlı kəndi) 1.54 ha İcarə 15 il 308.00 Kənd təsərrüfatı istehsalı III qrup əkin torpağı
10 Qax, Qıpçaq (Ağyazı kəndi) 3.70 ha İcarə 15 il 740.00 Kənd təsərrüfatı istehsalı I qrup torpaq, bonitet 100
11 Qax, İlisu (Qaradolaq kəndi) 8.00 ha İcarə 15 il 800.00 Heyvandarlıq I qrup torpaq, bonitet 91
Избранный
34
far.az

1Источники