RU

“Ronaldo böyük təsir gücünə malikdir, amma ...”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun əfsanəsi Kriştiano Ronaldonun son açıqlamasına münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, Amorim portuqaliyalı hücumçunun dediklərinin ciddi təsir yaratdığını deyib:

“Kriştiano çox yaxşı bilir ki, onun söylədiyi hər bir söz böyük rezonans doğurur. Biz də klub olaraq keçmişdə buraxdığımız səhvləri qəbul edirik və indi onları düzəltməyə çalışırıq. Gələcəyə baxmaq, inkişaf etmək bizim üçün daha vacibdir” 

Xatırladaq ki, Ronaldo bir müddət əvvəl “qırmızı şeytanlar”ın struktur problemini və bəzi futbolçuların klubun nəyi təmsil etdiyini anlamadığını vurğulamışdı.

Qeyd edək ki, Kriştiano Ronaldo “Mançester Yunayted”in heyətində iki dəfə çıxış edib – 2003–2009 və 2021–2022-ci illərdə.

Избранный
82
90deqiqe.az

1Источники