RU

“Real Madrid” oyunçularının bir hissəsi hesab edir ki, Alonso çox sərtdir və onları başa düşmür

“Real Madrid”in soyunub-geyinmə otağında baş məşqçi Xabi Alonsonun onlara qarşı çox sərt olduğunu və onları başa düşmədiyini düşünən oyunçular var.

İdman.Biz bu barədə “El Chiringuito”ya istinadən məlumat verir.

Məlumata əsasən, bu oyunçular xüsusilə ispan məşqçinin Çempionlar Liqasının dördüncü turunda “Liverpul” üzərində 1:0 hesablı qələbə qazanılan oyunun sonlarında “qırmızılar”ın azarkeşləri tərəfindən fitə basılan müdafiəçi Trent Aleksandr-Arnoldun niyə meydana çıxdığını başa düşmürlər.

43 yaşlı mütəxəssis ötən yay “Kral klubu”nun baş məşqçisi təyin olunub. Daha əvvəl Alonsonun müqaviləsinin 2028-ci ilə qədər olduğu bildirilib.

İdman.Biz

Избранный
32
1
idman.biz

2Источники