RU

Təranə Səmədovanın cəzası azaldıldı

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

“Qafazinfo”nun əldə etdiyi məlumatına görə, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən Tərana Səməfovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin edilməyib. 

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. 

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apöellyasiya Məhkəməsi hökmü dəyişməyib.

"Cebheinfo.az" 

Избранный
18
24
cebheinfo.az

10Источники