RU

Aysun Mənzurənin cavabını verdi: "İnsanlığa yaraşan söz deyil"

Müğənni Aysun İsmayılova anasının üvanına deyilən sözlərə cavab verib.

O Mənzurə Musayevanın illər öncə Rəqsanəni konsertində səhnəyə buraxmasa da yalvarıb bir yol tapıb çıxdığını deməsinə biganə qalmayıb.

"Onu çox istəyirəm. Ancaq incimişəm. Mənzurə xanımın mahnılarının icazəsini alıb, popurilərimdə də istifadə etmişəm. Onun efirdə dediklərini səmimi qəbul etmirəm. İstifadə etdiyi kəlmə insanlığa yaraşan söz deyildi. Rəqsanə xanım cavab verə bilməsə də, qızı buradadır. Kimə necə lazımdırsa, cavab verərəm, o tərəfə də keçərəm. Yaş fərqimizə görə o tərbiyəni almamışam ki, ağır cavab verəm. Anamdan da yaşda böyükdür. Bu həyatdan heç kim sığortalanmayıb. Mən kinli insan deyiləm".

Xatırladaq ki, bir müddət əvvəl Rəqsanə İsmayılova barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və o, müvafiq qərarla həbs edilib./Milli.az/

Избранный
9
9
musavat.com

10Источники