RU

DÇ-2026: Fransanın Azərbaycan millisinə qarşı heyəti AÇIQLANDI

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

İdman.Biz bildirir ki, baş məşqçi Didye Deşam D qrupunda noyabrın 13-də evdə Ukrayna, 16-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq oyunlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Mayk Menyan (“Milan”), Lüka Şevalye (PSJ), Brays Samba (“Renn”)

Müdafiəçilər: Uilyam Saliba (“Arsenal”), İbrahima Konate (“Liverpul”), Dayo Upamekano (“Bavariya”), Lüka Din (“Aston Villa”), Lüka Ernandes (PSJ), Jül Kunde (“Barselona”), Malo Qusto (“Çelsi”), Teo Ernandes (“Əl-Hilal”)

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real Madrid”), Manu Kone (“Roma”), Uorren Zair-Emeri (PSJ), N’qolo Kante (“Əl-İttihad”), Maqnes Akliuş (“Monako”)

Hücumçular: Kilian Mbappe (“Real Madrid”), Bredli Barkola (PSJ), Randal Kolo Muani (“Tottenhem”), Maykl Olise (“Bavariya”), Uqo Ekitike (“Liverpul”), Rayan Çerki (“Mançester Siti”), Jan-Filipp Mateta (“Kristal Palas”), Kristofer Nkunku (“Milan”)

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

İdman.Biz

Избранный
25
1
idman.biz

2Источники