RU

"Qarabağ"ın futbolçuları nə qədər mükafat alacaq?

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, Əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağıq təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-beçə qələbəyə bərabər tutulub. Futbotçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması "Qarabağ"ın bosslarını razı salıb.

Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri "Çelsi" ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

Qeyd edək ki, cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
24
www.bakupost.az

10Источники