Niderlandın "Ayaks" klubu baş məşqçi Con Heytinqa ilə əməkdaşlığa son qoyub.

Offsideplus.az xəbər verir ki, klub rəsmi açıqlamasında bildirib ki, 30 iyun 2027-ci ilə qədər müqaviləsi olan mütəxəssislə sözləşmə ləğv edilib.

Bu qərar UEFA Çempionlar Liqasının qrup mərhələsində İstanbul təmsilçisi "Qalatasaray"a 0:3 hesabı ilə məğlubiyyətdən sonra verilib.

Hazırda "Ayaks" komandasını müvəqqəti olaraq Fred Qrim çalışdıracaq.

Amsterdam təmsilçisi Çempionlar Liqasının dörd turundan sonra hələ də xal qazana bilməyib və Erediviziyada lider "Feyenoord"dan 8 xal geridə qalır.