RU

Pakistan Əfqanıstana zərbələr endirib

Pakistan ordusu Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Məlumata görə, hadisə iki ölkə nümayəndələrinin Türkiyədə sülh danışıqları apardığı vaxt baş verib. Bildirilib ki, Pakistan həm yüngül, həm də ağır silahlardan istifadə edərək mülki əraziləri atəşə tutub.

Nəşr yazır ki, artilleriya atəşi təxminən 10-15 dəqiqə davam edib. Əfqan tərəfi cavab zərbəsi endirməkdən imtina edib və bunu İstanbulda davam edən sülh dialoquna hörmətlə əsaslandırıb.

Qeyd edək ki, son günlər iki ölkə arasında sərhəd toqquşmaları və qarşılıqlı bombardmanlar intensivləşib.(qafqazinfo)

Избранный
18
6
olke.az

10Источники