Çexiya Prezidenti Petr Pavel Baş nazir Petr Fiala hökumətinin istefasını qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə ČTK məlumat yayıb.
“Cənab Baş nazir, mən sizin hökumətinizin istefasını qəbul edirəm və eyni zamanda sizə yeni hökumət formalaşana qədər öz vəzifənizi yerinə yetirməyi tapşırıram”, - Pavel bildirib.
Noyabrın 6-da günortadan sonra Petr Fialanın Çexiya hökuməti öz iclasında istefa vermək qərarına gəlib. Çexiya Konstitusiyasına əsasən, oktyabrın 3-də və 4-də keçirilmiş seçkilərdən sonra ölkə parlamentinin Deputatlar Palatasının (aşağı palata) ilk iclası başa çatdıqdan sonra hökumət istefa verib.Yeni hökumət gələn ayın ortalarından gec olmayaraq fəaliyyətə başlayacaq.
Petr Fiala 2021-ci ilin dekabrından Çexiyanın Baş naziri vəzifəsini icra edir.
Noyabrın 3-də oktyabrın əvvəlində keçirilən parlament seçkilərində səslərin əksəriyyətini qazanan Çexiyanın ANO, SPD və Motorist partiyaları hökumət koalisiyası yaradıblar.