RU

Latviyada Zəfər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

5 noyabr 2025-ci il tarixində 8 noyabr – Zəfər Gününün beşinciildönümü münasibətilə Azərbaycanın Latviyadakı Səfirliyinintəşkilatçılığı ilə Riqa şəhərinin ən tanınmış mədəniyyətocaqlarından biri olan “Splendid Palace” kinoteatrında isveçlirejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filmininnümayişi keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyininvə digər dövlət qurumlarının rəsmiləri, xarici diplomatikmissiyaların rəhbərləri, yerli akademik, mədəni, ictimai və dinidairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasınınüzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələriştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiriElnur Sultanov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümümünasibətilə həmvətənlilərimizi təbrik edib. E.Sultanov 2020-ciildə 44 günlük Vətən müharibəsində Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində30 ilə yaxın davam etmiş Ermənistanın hərbi işğalı və təcavüzünəson qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyinidiqqətə çatdırıb. O, bu tarixi zəfərin bölgəmizdə yeni reallıqlarvə sülh üçün imkanlar yaratdığını bildirib. Qeyd olunub ki,qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq salnaməsinəqızıl hərflərlə yazılıb və bu gün Azərbaycanın üçrəngli DövlətBayrağı Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

E.Sultanov qələbənin əldə edilməsinin işğaldan azad olunmuşərazilərdə mədəni həyatın dirçəlişinə təkan verdiyini qeyd edərək,Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yenidənmötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Şuşanın hərbir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu və musiqimədəniyyətimizin beşiyi olduğunu vurğulayıb.

Səfir filmin rejissoru M.Silkeberqin Şuşanın ruhunu, böyüksənətkarlarının irsini, Azərbaycan xalqının mənəvi dəyərləriniməharətlə əks etdirməsini, eyni zamanda Azərbaycan ilə Skandinaviyaarasında mədəni əlaqələrin tədqiq edilməsinin təqdirəlayiq olduğunusöyləyib. O, filmdə Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədətanıdan, böyük Azərbaycan bəstəkarı və Şərqdə ilk operanınyaradıcısı Üzeyir Hacıbəyli barədə bəhs olduğunu diqqətəçatdıraraq, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə töhfələrindənbəhs etmiş və bu il 140 illik yubileyinin qeyd edildiyinibildirib.

E.Sultanov həmçinin, Azərbaycan-Latviya mədəni dialoqundan sözaçaraq, Şuşada olan və Azərbaycan mədəniyyətinə töhfələr vermişLatviyanın incəsənət xadimlərindən bəhs edib. Səfir "Xaribülbüləfsanəsi" filminin nümayişinin Azərbaycan mədəniyyətinin Latviyadadaha da tanınmasına, ölkələrimiz və xalqlarımız arasında mədəniəlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra filmin rejissoru M.Silkeberq çıxış edərək, Şərqlə Qərbinbirləşdiyi məkanda yerləşən Azərbaycanın zəngin tarixi, qədimmədəniyyəti və musiqisinin onu valeh etdiyini bildirib. O,Azərbaycanın bir çox millətlərin və dinlərin harmoniya vətolerantlıq mühitində yaşayan nadir ölkələrdən biri olduğunu vəölkəmizə məxsus bu cəhətin dünyada təbliğ edilməsinin əhəmiyyətiniqeyd edib. Rejissor xarıbülbül gülünün hekayəsini lentə almaq üçünBakı və Şuşada çəkilişlərin aparıldığını və xüsusilə Şuşaya səfərinonda güclü təəssürat yaratdığını bildirib. O, Şuşada fəaliyyətgöstərmiş Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimiAzərbaycanın dahi mədəniyyət və incəsənət xadimlərinin irsiniaraşdırarkən Azərbaycan mədəniyyətinin nə qədər zəngin və dərinolmasının, habelə dünya mədəniyyəti ilə sıx əlaqəsinin şahidiolduğunu dilə gətirib.

Daha sonra Səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.

Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Избранный
31
4
az.trend.az

5Источники