Türkiyə hakimiyyəti amerikalı həmkarlarına Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsinə güzəştə getməyə hazır olduqlarını, lakin onlardan tamamilə imtina etmədiklərini açıq şəkildə bildirib.
Vaşinqton bu raketlərin alınması səbəbindən 2019-cu ildə Ankaraya beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışını qadağan edib.
“Bloomberg”in mənbələrinə görə, Türkiyə “S-400-ü izləmək üçün “birgə texniki birgə mexanizm”in yaradılmasına razı ola bilər. Bunun müqabilində Türkiyə 40 ədəd F-35 almaq istəyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp sentyabr ayında keçirilən görüşdə bu məsələni müzakirə ediblər, lakin heç bir razılıq əldə edilməyib.
Xatırladaq ki, Türkiyə Rusiyadan dörd S-400 Triumph aldığına görə Amerikanın “Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanunu”nun (CAATSA) altına düşüb. 2019-cu ildə Türkiyə ilk təyyarə partiyasının pulunu ödəsə də, F-35 proqramından kənarlaşdırılıb. Ankara Vaşinqtona ticarət təşviqləri – yüzlərlə “Boeing” təyyarəsi və “Lockheed Martin” qırıcı təyyarəsinin alınması müqabilində sanksiyaları ləğv etməyi təklif edib.
//Samir Qurbanov, Editor.az