RU

İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün NATO nümayəndə heyətini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Milli.Az 

Избранный
17
9
milli.az

10Источники