RU

"Napoli" "Barselona"ya 30 milyon avro təklif edəcək

"Barselona"nın futbolçusu Mark Kasado karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İtaliya çempionu Kasadobu yanvar ayında heeyətinə qatmaağı planlaşdırır. "Napoli" 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 30 milyoon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
27
sportal.az

1Источники