Ukrayna Rusiya ordusunun Donetsk vilayətnin Pakrovsk rayonunda irəliləyişinin qarşısını almaq üçün ora xüsusi təyinatlılardan ibarət dəstə göndərib.
Teleqraf xəbr verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna iddia edir ki, döyüşə 425-ci Əlahiddə Hücum Alayının hücum bölmələri, Pilotsuz Sistem Qüvvələrinin operatorları, həmçinin Xüsusi Əməliyyat Qüvvələri, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidməti, Milli Qvardiya və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) qrupları cəlb olunub.
Rusiya ordusu Pakrovsk rayonun ətraf kəndlərinə nəzarət edir. Rayonun mərkəzu Ukrayna hərbi qüvvələrinin nəzarəti altındadır.