Kriştiano Ronaldo bildirib ki, o, dünyanın ən tanınmış insanıdır və populyarlıq baxımından hətta ABŞ prezidenti Donald Tramp da ondan geri qalır.
Sportal.az xəbər verir ki, daha əvvəl portuqaliyalı futbolçu Trampla görüşmək istədiyini də demişdi. "Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Pirs Morqana verdiyi müsahibədə bunları da qeyd edib:
– Siz ikiniz planetin ən məşhur insanlarısınız, elə deyilmi? Sənin ən çox izləyicin var, o isə, yəqin ki, dünyanın ən tanınan adamıdır.
– Gəlin, bütün dünya üçün debat təşkil edək. Kim daha məşhurdur – mən, yoxsa Donald Tramp?
– Bəs sənin fikrincə kimdir?
– Mən. Düşünürəm ki, hətta ən kiçik adalarda belə, məni ondan çox tanıyırlar.
– Maraqlı müqayisədir. Səncə, qalib gələrdin?
– Bəli.
– Yəqin ki, elədir.
– Düşünürəm ki, dünyada məndən daha tanınan heç kim yoxdur
saytlarin hazirlanmasi