RU

Polşa ölkə tarixinin ən böyük hərbi təliminə başladı

Polşa Müdafiə Nazirliyi ölkə tarixində ən böyük hərbi təlim proqramını başladıb. Metbuat.az xəbər verir ki, proqrama əsasən 2026-cı ilə qədər 400000 nəfər təlim keçəcək. Xəbərdə deyilir ki, Polşa artan təhlükəsizlik narahatlıqları və Rusiyanın Ukraynaya hücumundan sonra hərtərəfli müdafiə proqramına hazırlaşır. Məlumata görə, "Hazırlıq" adlanan proqram könüllü olacaq və tələbələrdən, özəl sektor işçilərindən tutmuş təqaüdçülərə və şirkətlərə qədər bütün vətəndaşlar üçün açıq olacaq.

Polşa Baş Qərargah rəisi Vislav Kukula proqramın iki əsas məqsədinin olduğunu bildirib. Məqsəd vətəndaşların və cəmiyyətin dayanıqlığının gücləndirilməsi, hərbi ehtiyatların hazırlığının və potensialının artırılmasıdır.

Избранный
16
1
metbuat.az

2Источники