RU

"Barselona"dan Qarsiya ilə bağlı açıqlama

“Barselona” klubunun müdafiəçisi Erik Qarsiya zədələnib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuda burun sümüyünün sınığı diaqnozu qoyulub.

Məlumatda bildirilib ki, Qarsiya qoruyucu maskada oynayacaq, lakin onun “Selta” ilə qarşılaşmada iştirak edib-etməyəcəyi sonradan müəyyənləşəcək.

İspaniyalı müdafiəçi bu zədəni Çempionlar Liqasının “Brügge”yə qarşı keçirilən səfər oyununda alıb. Matç 3:3 hesabı ilə başa çatıb.

La Liqanın növbəti turunda “Barselona” noyabrın 9-da “Selta” ilə qarşılaşacaq. Görüş Moskva vaxtı ilə 23:00-da start götürəcək.

Избранный
36
90deqiqe.az

1Источники