RU

Konfrans Liqası: “Samsunspor” doğma meydanda Malta klubunu darmadağın edib

Bakı, 6 noyabr, AZƏRTAC

UEFA Konfrans Liqasında III turun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Samsunspor” doğma meydanda Maltanın “Hamrun” kollektivini sınağa çəkib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda 9 xalı olan Samsun klubu turnir cədvəlinə başçılıq edir.

Избранный
6
5
azertag.az

7Источники