RU

Xaricdə işə düzəlmə adı ilə ALDANDILAR

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Almaniyada rəsmi iş imkanı... Maaş: 2000 avro... Slovakiya və Litvada vakansiyalar...

"TikTok"da gördükləri bu iş elanlarına inananlar dələduzluqla üzləşdiklərini iddia edirlər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, müraciət edən şəxslər "MANNHAİM TURİZM" adlı profillə xaricdə iş elanları paylaşan səhifədən şikayətçidirlər. Onlar bu şirkətin rəhbəri Tural Abbasov tərəfindən aldadıldıqlarını iddia edirlər.

Şikayətçi Günay Abuzərli bildirir ki, bir müddət əvvəl "TikTok"da bu səhifədə iş elanları görüb. Daha sonra isə işlə bağlı müraciət və 2300 manat ödəniş ediblər. Amma nə işlə təmin olunublar, nə də pullarını geri ala bilirlər.

Eyni vəziyyətlə üzləşən daha bir şəxsdən isə 1000 manat alınıb.

Şikayətçilər deyirlər ki, işədüzəltmə adı altında pul verdikləri şirkətin rəhbəri ilə yazışmaları və səs yazıları da var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
baku.ws

4Источники