RU

Çin kosmonavtları ilk dəfə orbital stansiyada ət bişirdilər - VİDEO

Çinin “Tiangong” orbital stansiyasında ilk dəfə barbekü bişirilməsi həyata keçirilib.

Musavat.com xəbər verir ki, sınaq çəkisizlik şəraitində işləmək üçün hazırlanmış xüsusi soba avadanlığı vasitəsilə aparılıb və proses cəmi 28 dəqiqə davam edib.

Eksperiment zamanı iki fərqli missiyanın ekipaj üzvləri toyuq qanadlarını sobada qızardıblar, “Şençjou-20” missiyasının komandiri Çen Dun üçün isə ayrıca steak hazırlanıb.

Bu, kosmosda yemək bişirməklə bağlı ilk təcrübə deyil. Xatırladaq ki, 2020-ci ilin aprelində Beynəlxalq Kosmik Stansiyada (ISS) “NanoRacks” və “Zero G Kitchen” şirkətlərinin hazırladığı xüsusi kosmik sobada şokoladlı peçenye bişirilmişdi — həmin proses 130 dəqiqə çəkmişdi.

Qeyd edək ki, bundan əvvəl Çin öz yeni rekordunu da müəyyən etmişdi: pilotlu kosmik gəmi orbital stansiya ilə cəmi 3,5 saata birləşmişdi. 

 

Musavat.com

Избранный
24
20
musavat.com

10Источники