RU

Netanyahu: Türkiyənin son illər İsrailə qarşı düşmən mövqe sərgiləməsinə təəssüf edurəm...

İsrail baş naziri Ankara ilə münasibətlərin gərginləşməsindən təəssüfünü bildirib...

Poliqon xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin son illərdə İsrailə və sionizmə qarşı artan düşmən münasibətindən narahatlığını ifadə edib. O, bu barədə yerli mediaya açıqlamasında danışıb.

“Son illər Türkiyə İsrailə və sionizm ideyalarına qarşı ciddi düşmənçilik nümayiş etdirir. Bu, çox təəssüf doğurur, çünki bizim aramızda qarşıdurma olmamalıdır,” – deyə Netanyahu bildirib.

İsrail baş naziri qeyd edib ki, iki ölkə uzun illər ərzində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurub və Yaxın Şərqdə sabitlik üçün Türkiyə ilə dialoqun vacibliyini vurğulayıb. Netanyahu əlavə edib ki, İsrail regionda hər hansı qarşıdurmadan qaçmaq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin bərpasında maraqlıdır.

Ekspertlər hesab edirlər ki, bu bəyanat Ankara və Təl-Əviv arasında son aylarda müşahidə olunan diplomatik gərginliyi yumşaltmaq məqsədi ilə səsləndirilib.

Poliqon.info

Избранный
79
poliqon.info

1Источники