Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampdan daha populyar olduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalist Piers Morqanın "YouTube" kanalında müsahibəsində deyib.
"Mən Trampdan daha məşhuram, dünyanın ən populyar insanıyam. Məndən daha məşhur olan birini deyin", - deyə 40 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, keçən mövsüm Ronaldo "Əl-Nəsr"də bütün yarışlarda 41 oyunda 35 qol vurub və dörd məhsuldar ötürmə edib.