RU

“İlin futbolçusu” mükafatına namizədlər açıqlandı Siyahı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

FIFA 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.

Xatırladaq ki, 2024-cü ildə bu mükafat “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora verilmişdi. Həmin ilin “Qızıl top” sahibi Rodri isə səsvermədə ikinci yeri tutmuşdu.

2025-ci ilin “FIFA ilin futbolçusu” mükafatına namizədlər:

Usman Dembele (Fransa) – PSJ

Əşrəf Hakimi (Mərakeş) – PSJ

Harri Keyn (İngiltərə) – “Bavariya”

Kilian Mbappe (Fransa) – “Real Madrid”

Nunu Mendeş (Portuqaliya) – PSJ

Koul Palmer (İngiltərə) – “Çelsi”

Pedri (İspaniya) – “Barselona”

Rafinya (Braziliya) – “Barselona”

Məhəmməd Salah (Misir) – “Liverpul”

Vitinya (Portuqaliya) – PSJ

Lamin Yamal (İspaniya) – “Barselona”

Qeyd edək ki, PSJ-nin fransalı hücumçusu Usman Dembele sentyabr ayında “Qızıl top” mükafatını qazanmışdı və indi “FIFA ilin futbolçusu” adına da əsas namizədlərdən biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
qafqazinfo.az

2Источники