“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “TV Müsavat” kanalının canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Rauf Arifoğlu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı yeni açıqlamalar verib.
O, Ramiz Mehdiyevə qarşı cinayət işi açılması və keçmiş PA rəhbərinin Kremlin yüksək dairələri ilə əlaqələri barədə danışıb:
“Mehdiyev məktubu Kremlin yüksək dairələrindən birinə yazmışdı, o da təbii ki, məktubu Putinə çatdırdı. Putin isə onu Azərbaycan Prezidentinə jest olaraq təqdim edib deyib: ‘Bax, görürsünüzmü, qoca axsaqqalın dediyinə əməl etmədik, onun dediyindən oturub-durmadıq.’” – Rauf Arifoğlu bildirib.
Verilişdə səslənən fikirlər və əlavə açıqlamaları TV Müsavat-ın efirində yayımlanan videomaterialdan izləmək mümkündür.