RU

“Tesla” səhmdarları İlon Maskın 878 milyard dollarlıq əmək haqqı paketini təsdiqlədi

Bakı. Trend::

“Tesla” şirkətinin səhmdarları şirkətin baş direktoru İlon Masküçün nəzərdə tutulan 878 milyard ABŞ dolları dəyərində nəhəng əməkhaqqı paketini təsdiqləyiblər.

Trend-inməlumatına görə, bu qərar səhmdarların Maskın “Tesla”nı təkcəelektromobil istehsalçısı kimi deyil, həm də süni intellekt vərobot texnologiyaları sahəsində aparıcı şirkətə çevirmək planınadəstək verdiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu razılaşma Maskı dünyanın ilktrilyoneri edə bilər. Qərarın elanından sonra “Tesla”nın səhmləritəxminən 2 faiz bahalaşıb.

Şirkətin idarə heyəti daha əvvəl bildirmişdi ki, əmək haqqıpaketi təsdiqlənməsə, İlon Mask istefa verə bilər.

Yeni plana əsasən, Mask 10 il ərzində “Tesla” səhmlərindənümumilikdə 878 milyard dollara qədər gəlir əldə edə bilər. Ona 1trilyon dollara qədər səhm veriləcək, lakin bu vəsaitin birhissəsini şirkətə geri qaytarması nəzərdə tutulur.

Bir çox investor hesab edir ki, bu paket uzunmüddətliperspektivdə “Tesla” səhmdarları üçün əlavə dəyər yaradacaq.

Избранный
120
az.trend.az

1Источники