ABŞ Prezidenti Donald Tramp Ağ Evdə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşüb.
Publika.az xəbər verir ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri C5+1 formatında Ağ evdə axşam sammitində və şam yeməyində iştirak ediblər.
Sammitdə, həmçinin danışıqlar formatının 10 illiyi qeyd olunur. Görüşdə Qazaxıstanın Abraham sazişinə daxil olmasına dair imzalanma mərasimi baş tutacaq.
C5+1 formatı ilk iclasını 2015-ci il noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində keçirib. ABŞ və beş Orta Asiya ölkəsinin yüksək vəzifəli diplomatları görüşərək tərəfdaşlıq və əməkdaşlıq haqqında birgə bəyannamə qəbul ediblər.