RU

Lebron Ceyms kontakt məşqlərinə qayıdıb

Bakı. Trend:

Milli Basketbol Assosiasiyasının (NBA) xal rekordçusu LebronCeymsə kontakt məşqlərinə başlamağa icazə verilib.

Trend xəbər verirki, bu barədə “ESPN” məlumat yayıb.

Məlumata görə, basketbolçu bir-iki həftə ərzində təkrar tibbimüayinədən keçəcək. Bundan sonra onun oyunlara qayıtması məsələsinəbaxılacaq.

Əvvəllər jurnalist Şams Çaraniya Ceymsin sağrı əzələsində sinirqıcıqlanmasından əziyyət çəkdiyini və bu səbəbdən mövsümünəvvəlində meydana çıxa bilmədiyini bildirmişdi.

40 yaşlı hücumçu dördqat NBA çempionudur, həm “Adi Mövsümün”,həm də “Finalın Ən Maraqlı Oyunçusu” adlarını qazanıb. Bu mövsümonun NBA karyerasında 23-cü mövsümüdür və o, liqa tarixində ən çoxxal toplayan oyunçu rekordunu əlində saxlayır.

Hazırda “Los Anceles Leykers” Qərb Konfransında 7-2 nəticə iləikinci pillədə qərarlaşıb.

Избранный
58
az.trend.az

1Источники