RU

ABŞ Senatı Venesuelaya qarşı hücumları qadağan edən qətnaməni rədd edib

Respublikaçılar Trampın səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı çıxıblar...

Poliqon xəbər verir ki, ABŞ Senatı prezident Donald Trampın Konqresin razılığı olmadan Venesuelaya hərbi zərbələr endirməsini qadağan edən qətnaməni qəbul etməyib. The New York Times nəşrinin məlumatına görə, sənədin əleyhinə 51 senator səs verib və onların hamısı Respublikaçılar Partiyasının üzvləridir.

Səsvermə ərəfəsində respublikaçılar bildiriblər ki, belə bir qərarın qəbulu “vaxtından əvvəl” olardı, çünki Tramp administrasiyası hələ Venesuelaya qarşı hərbi əməliyyat planlarını təsdiqləməyib. Qətnaməni dəstəkləyənlər isə əsasən Demokrat Partiyasının üzvləri olub. Onlara iki respublikaçı senator da qoşulub.

Respublikaçı Rend Pol bildirib ki, ABŞ-ın Karib hövzəsində hərbi qüvvələrini artırması “qaçılmaz olaraq döyüş əməliyyatlarına cəlb olunma” riski yaradır.

Sentyabrın əvvəlindən ABŞ ordusu Venesuela sahilləri yaxınlığında yerləşən gəmilərə zərbələr endirir. Prezident Tramp bu gəmilərin narkotik daşıdığını iddia edir. The New York Times yazır ki, Ağ Ev artıq Venesuela ərazisində mümkün hərbi əməliyyatlar üçün ən azı üç fərqli ssenari hazırlayıb.

Bundan əvvəl The Wall Street Journal öz mənbələrinə istinadən bildirmişdi ki, administrasiya hələ də “hərbi güc tətbiq etmək məsələsində yekun qərara gəlməyib”.

Poliqon.info

Избранный
221
50
poliqon.info

10Источники