RU

Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək

Yeni

“Microsoft” şirkəti “fövqəladə süni intellekt” yaratmaq məqsədilə yeni komanda formalaşdırıb. Şirkətin əsas hədəfi “AGI” (ümumi süni intellekt) səviyyəsini aşan “superağıl” adlı sistemi yaratmaqdır.

Reyting.az
xəbər verir ki, layihə “Microsoft AI” bölməsinin rəhbəri Mustafa Süleymana həvalə edilib.

Şirkətdən bildirilib ki, “Microsoft” bu texnologiyanı yalnız şəxsi köməkçilərdə deyil, həm də təmiz enerji və səhiyyə sahələrində tətbiq etməyi planlaşdırır.

Mustafa Süleymanın sözlərinə görə, “AGI” insan şüuru səviyyəsində nəticə göstərən süni intellekti ifadə edirsə, “Microsoft”un hazırladığı “fövqəladə intellekt” layihəsi həmin səviyyəni xeyli dərəcədə aşacaq və hər kəsi heyran edəcək bir sistem olacaq.

Layihə “Microsoft” və “OpenAI” şirkətləri arasında yenilənmiş texnoloji əməkdaşlıq sazişindən sonra mümkün olub. “Microsoft”dan verilən məlumata görə, yeni razılaşma şirkətə daha çevik olmaq və qabaqcıl süni intellekt texnologiyaları üzərində tam sərbəst işləmək imkanı yaradacaq.

“Bloomberg” yazır ki, “OpenAI” və “Meta” kimi texnologiya nəhəngləri də artıq “superağıl”ın inkişafına böyük diqqət yetirirlər. Qeyd olunur ki, “AGI” və “superağıl” anlayışlarının sərhədləri hələ tam müəyyənləşməsə də, şirkətlər “fövqəladə intellekt”ə sahib olmaq uğrunda ciddi yarış aparırlar.

Nəşr həmçinin xatırladır ki, bir müddət əvvəl “Meta” şirkətinin rəhbəri, amerikalı milyarder Mark Zukerberq iyun ayında “AGI” yaratmaq tapşırığı vermiş və bu məqsədlə təcrübəli mütəxəssislərdən ibarət böyük komanda formalaşdırmağa başlamışdı.

Lakin müəyyən səbəblərdən milyarderin bu planı uğursuzluğa düçar olub. Avqust ayına kimi bir çox mühəndislər Mark Zukerberqlə işləməyin mümkün olmadığını bildirərək layihədə iştirakdan imtina ediblər.

Oqtay QORÇU
Избранный
30
1
reyting.az

2Источники