RU

2-ci əl telefon satan türk şirkəti bağlanır

“Easycep Azərbaycan” MMC ləğv olunduğunu elan edir.

FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 48 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Easycep Azərbaycan” MMC 11 avqust 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 703 343 manatdır və qanuni təmsilçisi Nəsib Nəbiyev Xəqani oğludur.

Əlavə məlumat üçün bildirək ki, EasyCep, 2018-ci ildə Türkiyədə qurulmuş “yenilənmiş elektronik cihazlar” (refurbished electronics) bazarına yönəlmiş bir şirkətdir. 

Şirkətin əsas fəaliyyəti istifadə edilmiş, ikinci əl cihazları (məsələn, smartfonlar, planşetlər, saatlar, kompüterlər) alıb – yeniləyib – sonra son istifadəçiyə satışa çıxarmaqdır

Избранный
25
fed.az

1Источники