RU

Premyer Liqa: “Şamaxı” “İmişli”yə, “Qəbələ” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək.

“Şamaxı” üç turdur qələbəyə həsrətdir. Ayxan Abbasovun kollektivi 3 xal həsrətinə bu görüşdə son qoymağa çalışacaq. “İmişli” də ötən tur “Qarabağ”a məğlubiyyəti unutdurmaq üçün mübarizə aparacaq.

Günün digər oyunu “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

“Qəbələ” beş oyundur qələbə qazana bilmir. Kaxaber Sxadadzenin kollektivi son 5 matçda 4 məğlubiyyət, cəmi 1 heç-heçə görüb. “Sumqayıt” isə 17 xalla 5-ci pillədə qərarlaşıb və növbəti qələbə sayəsində liderlir qrupuna yaxınlaşmağa çalışacaq.

Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli”
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 13:44.

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 16:44.

8 noyabr

“Araz-Naxçıvan” – “Karvan”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

9 noyabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 15:44.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Azersun Arena”, 18:44.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
26
16
arena.az

10Источники