RU

İnvestisiya şirkətlərinin ticarət dövriyyəsi üzrə RENKİNQİ - YANVAR-OKTYABR/2025

2025-ci ilin yanvar-oktyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

Finss.az BFB-nin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ən yüksək dövriyyə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də qeydə alınıb – 38,572 milyard manat (7268 əməliyyat).

Ən çox dövriyyəyə malik ilk 3 şirkət belədir:

  1. PAŞA Kapital İnvestisiya Şirkəti QSC — 38,572,189,168 manat, 7268 əməliyyat
  2. ABB İnvest İnvestisiya Şirkəti QSC — 31,784,333,990 manat, 21,809 əməliyyat
  3. CPM-İnvest İnvestisiya Şirkəti QSC — 5,225,052,757 manat, 2621 əməliyyat

Digər şirkətlərin yanvar-oktyabr ayları üzrə dövriyyələri aşağıdakı kimidir:

Rank Şirkət Dövriyyə (manat) Əməliyyatların sayı
4 Assist Finance İnvestisiya şirkəti ASC 3,284,127,223 1500
5 İnvest-Az İnvestisiya Şirkəti QSC 2,192,980,574 1489
6 Unicapital İnvestisiya Şirkəti ASC 2,073,189,180 6313
7 Xalq Kapital İnvestisiya Şirkəti QSC 1,982,153,771 182
8 Capital Partners İnvestisiya Şirkəti QSC 1,197,128,332 1490
9 Troni İnvestisiya Şirkəti QSC 594,805,946 5601
10 İnno Kapital İnvestisiya Şirkəti ASC 238,508,149 1036
11 CFI FINANCİAL İnvestisiya Şirkəti QSC 203,899,676 89
12 MFX Trading İnvestisiya Şirkəti 180,267,462 68
13 ASC Xalq Bankı 500,010 53

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən, üzvlərin renkinqi aylıq hesablanır və repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla həyata keçirilən əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az

Избранный
31
fins.az

1Источники