RU

Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı apmadı - TENDER LƏĞV OLUNDU

“Sosial Xidmətlər Agentliyi”icarə tenderi yetərsay olmadığı üçün ləğv edilib.

FED.az xəbər verir ki,  Pirallahı rayonu ərazisində Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi məqsədilə qeyri-yaşayış obyektinin icarəsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv olunub.

Ləğv edilməyə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib.

Qanunvericiliyə əsasən, iştirakçıların sayının üçdən az olduğu hallarda tender proseduru etibarsız sayılır və yenidən elan oluna bilər.

Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 25 min 779 manatdır. 

Miqdar icarəyə götürüləcək sahənin 12 aylıq cəmi m²-nə əsasən hesablanmışdır. 130 m²x12 ay= 1560 m²

 

Избранный
60
fed.az

1Источники