RU

Bankların xarici öhdəlikləri 341 mln. manatadək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin oktyabrın 1-i tarixinə 2 milyard 926.1 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 11,7% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
34
1
banco.az

2Источники