2025-ci ilin bitməyinə 2 aydan az vaxt qalıb. Bu il Azərbaycan mədəniyyəti, kinosu və publisistikası xeyli itkiylə üzləşdi.
Bizim.Media 2025-ci ildə vəfat edən tanınmış azərbaycanlıların, ictimai xadimlərin siyahısını təqdim edir.
Azər Baxşəliyev
Azər Baxşəliyev 2025-ci ilin yanvarın 5-də aktyor 39 yaşında vəfat edib. Onun ölüm səbəbi böyrək çatışmazlığı idi.
Çimnaz Sultanova
Aktrisa yanvarın 15-də bağırsaq xərçəngindən dünyasını dəyişib. Onun 43 yaşı var idi.
Yasin Qaraməmmədli
Əməkdar jurnalist Yasin Qaraməmmədli fevralın 15-də vəfat edib. O, 86 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.
İlyas İsmayılov
Fevralın 17-də Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib. Onun vəfat səbəbi multiorqan çatışmazlığı olub.
Ənvər Həsənov
Xalq artisti martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun 74 yaşı var idi.
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev martın 16-da vəfat edib. Onun 76 yaşı var idi.
Nağdəli Xəlilov
Martın 17-də dünyasını dəyişən rəssam Nağdəli Xəlilovun 79 yaşı var idi.
Nicat Rzazadə
Aprelin 24-də isə rejissor Nicat Rzazadə vəfat edib. O uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Nadir İsrafilov
Tanınmış təhsil eksperti Nadir İsrafilov iyunun 28-də 73 yaşında vəfat edib.
Həsən Kür
Gənc şair iyulun 8-də beyin qanaması nəticəsində vəfat edib. Onun 29 yaşı var idi.
Soltan Abbas
92 yaşlı şair-publisist Soltan Abbas iyulun 19-da vəfat edib.
Xanhüseyn Kazımlı
Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlı iyulun 24-də 83 yaşında vəfat edib.
Arif Babayev
Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev dünyasını dəyişib. Sənətkarın 87 yaşı var idi.
Brilyant Babayeva
Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva avqustun 2-də vəfat edib.
Elçin Əfəndiyev
Avqustun 3-də Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev dünyasını dəyişib. Onun 82 yaşı var idi. Qeyd edək ki, mərhum yazıçı görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu idi.
Kəramət Şükürov
Avqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürov vəfat edib. Onun meyiti küçədə aşkar olunub, vəfat səbəbi isə infarkt olub.
Vüqar Tapdıqlı
Avqustun 14-də yazıçı, prodüser Vüqar Tapdıqlı dünyasını dəyişib. Onun 63 yaşı var idi.
Vidadi Babanlı
“Şöhrət ordenli” yazıçı Vidadi Babanlı avqustun 16-da dünyasını dəyişib.
Məmməd İsmayıl
85 yaşlı şair, publisist Məmməd İsmayıl avqustun 19-da vəfat edib. Onun vəfat səbəbi ürək
çatışmazlığı olub.
Arif Abdüloğlu
86 yaşlı şair, publisist Arif Abdüloğlu avqustun 20-də dünyasını dəyişib.
Zaur Məhərrəmov
Tanınmış rejissor, ssenarist Zaur Məhərrəmov avqustun 24-də vəfat edib. Onun 87 yaşı var idi.
Rüstəm Qaraxanlı
Jurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı avqustun 27-də dünyasını dəyişib.
Nazim Bəykişiyev
Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev sentyabrın 8-də dünyasını dəyişib.
Hacı Murad Yagizarov
Azərbaycan teatr və kino aktyoru, xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.
Cabir İmanov
Əməkdar artist Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşı var idi.
Oqtay Şirəliyev
Oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib. Onun 75 yaşı var idi.
Əminə Yusifqızı
9 oktyabrda vəfat edən xalq artisti Əminə Yusifqızının 89 yaşı var idi.
Nizami Rəhmanlı
Oktyabrın 12-də vəfat edən jurnalist Nizami Rəhmanlının 73 yaşı var idi.
Əlisəmid Kür
Şair Əlisəmid Kür oktyabrın 13-də dünyasını dəyişib.
Ramiz Quliyev
Oktyabrın 15-də dünyasını dəyişən xalq artisti, tarzən Ramiz Quliyevin 78 yaşı var idi.
Fatma Hüseynova
Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oktyabrın 16-da 86 yaşında vəfat edib.
Rəşad Bəxtiyarov
Əməkdar artist Rəşad Bəxtiyarov oktyabrın 16-da uzunsürən xəstəlikdən sonra vəfat edib. Onun 46 yaşı var idi.
Nəzrin Mirzəyeva, Bizim.Media