Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2025-ci ilin bitməyinə 2 aydan az vaxt qalıb. Bu il Azərbaycan mədəniyyəti, kinosu və publisistikası xeyli itkiylə üzləşdi.Bizim.Media 2025-ci ildə vəfat edən tanınmış azərbaycanlıların, ictimai xadimlərin siyahısını təqdim edir.Azər BaxşəliyevAzər Baxşəliyev 2025-ci ilin yanvarın 5-də aktyor 39 yaşında vəfat edib. Onun ölüm səbəbi böyrək çatışmazlığı idi.Çimnaz SultanovaAktrisa yanvarın 15-də bağırsaq xərçəngindən dünyasını dəyişib. Onun 43 yaşı var idi.Yasin QaraməmmədliƏməkdar jurnalist Yasin Qaraməmmədli fevralın 15-də vəfat edib. O, 86 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu.İlyas İsmayılovFevralın 17-də Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib. Onun vəfat səbəbi multiorqan çatışmazlığı olub.Ənvər HəsənovXalq artisti martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun 74 yaşı var idi.Ziyadxan ƏliyevƏməkdar incəsənət xadimi Ziyadxan Əliyev martın 16-da vəfat edib. Onun 76 yaşı var idi.Nağdəli XəlilovMartın 17-də dünyasını dəyişən rəssam Nağdəli Xəlilovun 79 yaşı var idi.Nicat RzazadəAprelin 24-də isə rejissor Nicat Rzazadə vəfat edib. O uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.Nadir İsrafilovTanınmış təhsil eksperti Nadir İsrafilov iyunun 28-də 73 yaşında vəfat edib.Həsən KürGənc şair iyulun 8-də beyin qanaması nəticəsində vəfat edib. Onun 29 yaşı var idi.Soltan Abbas92 yaşlı şair-publisist Soltan Abbas iyulun 19-da vəfat edib.Xanhüseyn KazımlıAzərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlı iyulun 24-də 83 yaşında vəfat edib.Arif Babayev
Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev dünyasını dəyişib. Sənətkarın 87 yaşı var idi.Brilyant BabayevaŞəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva avqustun 2-də vəfat edib.Elçin ƏfəndiyevAvqustun 3-də Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev dünyasını dəyişib. Onun 82 yaşı var idi. Qeyd edək ki, mərhum yazıçı görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu idi.
Kəramət ŞükürovAvqustun 13-də şair, nasir, jurnalist Kəramət Şükürov vəfat edib. Onun meyiti küçədə aşkar olunub, vəfat səbəbi isə infarkt olub.
Vüqar TapdıqlıAvqustun 14-də yazıçı, prodüser Vüqar Tapdıqlı dünyasını dəyişib. Onun 63 yaşı var idi.
Vidadi Babanlı“Şöhrət ordenli” yazıçı Vidadi Babanlı avqustun 16-da dünyasını dəyişib.Məmməd İsmayıl85 yaşlı şair, publisist Məmməd İsmayıl avqustun 19-da vəfat edib. Onun vəfat səbəbi ürək
çatışmazlığı olub.Arif Abdüloğlu86 yaşlı şair, publisist Arif Abdüloğlu avqustun 20-də dünyasını dəyişib.Zaur MəhərrəmovTanınmış rejissor, ssenarist Zaur Məhərrəmov avqustun 24-də vəfat edib. Onun 87 yaşı var idi.Rüstəm QaraxanlıJurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı avqustun 27-də dünyasını dəyişib.
Nazim BəykişiyevXalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev sentyabrın 8-də dünyasını dəyişib.Hacı Murad YagizarovAzərbaycan teatr və kino aktyoru, xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.
Cabir İmanovƏməkdar artist Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşı var idi.
Oqtay ŞirəliyevOktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev dünyasını dəyişib. Onun 75 yaşı var idi.Əminə Yusifqızı9 oktyabrda vəfat edən xalq artisti Əminə Yusifqızının 89 yaşı var idi.Nizami RəhmanlıOktyabrın 12-də vəfat edən jurnalist Nizami Rəhmanlının 73 yaşı var idi.
Əlisəmid KürŞair Əlisəmid Kür oktyabrın 13-də dünyasını dəyişib.
Ramiz QuliyevOktyabrın 15-də dünyasını dəyişən xalq artisti, tarzən Ramiz Quliyevin 78 yaşı var idi.Fatma HüseynovaMəşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova oktyabrın 16-da 86 yaşında vəfat edib.Rəşad BəxtiyarovƏməkdar artist Rəşad Bəxtiyarov oktyabrın 16-da uzunsürən xəstəlikdən sonra vəfat edib. Onun 46 yaşı var idi.Nəzrin Mirzəyeva, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.