ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin 5-ci ildönümüdür. Beş il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımız düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başladı, 30 ildən artıq düşmən tapdağında qalan torpaqlarımızı 44 gün ərzində azad etdilər.
Oxu.az-ın müsahibi Vətən müharibəsinin iştirakçısı, qazi, Daxili Qoşunların xüsusi təyinatlı bölüyünün giziri, Şuşaya ilk daxil olan hərbçilərimizdən biri Şiraz Həsənovdur.
Şiraz Həsənov deyir ki, Şuşanın azad olunması ilə bağlı tapşırığı oktyabrın 30-da alıblar, noyabrın 5-də isə Şuşa ətrafına yaxınlaşa biliblər:
"Noyabrın 5-də Şuşa-Xankəndi yolunda pusqu qurduq. Düşmənlə 5 metr məsafəmiz var idi. Biz dərədə, düşmən isə bizdən 5 metr yuxarı hərəkət edirdi. Tam silahlanıb, dayanmışıq, düşmənin gəlməsini gözləyirik. Çıxış şansımız yoxdur, hər tərəf düşməndir. Düşmənin pilotsuz uçuş aparatları saatlarla bizim başımızın üzərində müşahidə aparırdı ki, həmin aparatı vuraq və düşmən də bununla bizim yerimizi müəyyən etsin. Amma biz yalnız müşahidə etməklə, düşməni pusquya salmağı düşünürdük. Noyabrın 5-dən 6-na keçən gecə düşmənin tankı gəldi. Xankəndi istiqamətindən gələn tank Şuşa ərazisinə daxil oldu, pusqu ərazisini keçəndə Koroğlu adlı silahdaşımız qumbaraatanla yola çıxıb, arxadan tankı vurdu. Elə bununla da düşməni şoka saldıq.
Bundan sonra Laçın istiqamətindən Xankəndiyə doğru erməni komandirinin avtomobili hərəkətə başladı. Onun ardınca isə düşmənin ərzaq və silah-sursat daşıyan maşınları gəldi. Biz atəşə başladıq, həmin maşınları da sıradan çıxardıq.
Ermənilər, həmçinin, sanitar maşınlarda silahlıları əraziyə gətirdilər ki, bizi aldatsınlar. Amma biz onların bütün hiylələrinin qarşısını aldıq və Şuşa qalasına daxil olduq".
Şuşanın azad olunması planı ilə bağlı Şiraz Həsənovun müsahibəsini təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.