RU

Azərbaycan özünü nədən qorumalıdır?

1920-ci il.
Ermənistanda əhalinin ərzaqla təmin edilməsində çətinliklər yaranır və elə bir aclıq başlayır ki, Ermənistan İnqilab Komitəsi Moskvaya yazaraq, kömək istəyir. Lakin Moskvadan kömək gəlmir. Buna görə də Ermənistan İnqilab Komitəsinin üzvləri Tiflisə və Bakıya kömək üçün müraciət edirlər. Gürcüstan “özümüzə ərzaq çatmır” deyə yardımdan imtina edir.Həmin il mayın sonunda Azərbaycandan Ermənistana 17 vaqon çörək və 5 milyon rubl yardım edilir. Qatarla təcrübəli partiya işçiləri, kənd təsərrüfatı mütəxəssisləri gedirlər ki, orda sistem qurulsun. Bir müddət sonra - 1920-ci ilin yayında Azərbaycan Ermənistana 50 vaqon ərzaq, 48 çən kerosin və 200 milyon rubl göndərir.
2025-ci il...
Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1 048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Azərbaycandan tranzitlə Ermənistana gedən Qazaxıstan taxılı ilə yüklü 15 vaqon yola salınıb. Yük qatarında 1 000 tona yaxın Qazaxıstan taxılı var.
Tarixdən nəticə çıxarmayan Azərbaycan.
1920-ci ildən sonra Azərbaycanın başına ermənilər nələr gətirdi. Onları aclıqdan xilas edən bizim xalqa dəhşətli soyqırımlar yaşatdılar.
İndi də onları aclıqdan xilas edən Azərbaycan özünü qoru...
Zaur Əliyev, tarixçi
Избранный
38
news365.az

1Источники