RU

Mərkəzi Asiya liderləri Ağ Evdə qarşılandı

Bu gün Mərkəzi Asiya ölkələrinin prezidentləri amerikalı həmkarları Donald Trampla görüşmək üçün Ağ Evə gəliblər.

NOCOMMENT.az xəbər verir ki, Mərkəzi Asiya liderlərini Tramp deyil, Ağ Evin protokol rəhbəri qarşılayıb.

Ağ Evin birbaşa yayımından görünür ki, Trampla görüşə hamıdan öncə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev gəlib. Onun ardınca Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri qarşılanıb.

ABŞ prezidentinin Mərkəzi Asiya liderləri ilə görüşdə regional təhlükəsizlik, ticarət və enerji əməkdaşlığını müzakirə edəcəyi gözlənilir. Danışıqlar qlobal alyanslarda dəyişikliklər və ABŞ-nin Mərkəzi Asiyanın strateji əhəmiyyətinə yenidən diqqət yetirməsi fonunda keçirilir. Görüş əlaqələri gücləndirmək və regionda rəqib dövlətlərin artan təsirinə qarşı çıxmaq məqsədilə keçirilir.

Xatirə SADİQ

Избранный
66
nocomment.az

1Источники