RU

Özbəkistan ABŞ-yə 100 milyard dollar sərmayə qoyacaq

ABŞ Prezidenti Donald Tramp ABŞ və Özbəkistanın ticarət sazişi imzaladığını açıqlayıb. Müqavilə çərçivəsində Özbəkistan ABŞ-yə 100 milyard dollardan çox sərmayə qoyacaq.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.

“Mən ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi sazişi elan etməkdən məmnunam”, - deyə siyasətçi vurğulayıb.

Razılaşmaya əsasən, Özbəkistan qarşıdakı üç il ərzində ABŞ-yə 35 milyard dollar, növbəti 10 ildə isə 100 milyard dollardan çox sərmayə qoyacaq.

Tramp həmçinin Özbəkistan Prezidentinə minnətdarlığını ifadə edərək, ABŞ-nin ölkələr arasında uzun və səmərəli münasibətlərə ümid etdiyini qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
26
missiya.az

1Источники